...

“ADY Konteyner” MMC sahibkarlara müraiciət edib

İqtisadiyyat Materials 11 May 2020 11:22 (UTC +04:00)
“ADY Konteyner” MMC sahibkarlara müraiciət edib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan Dəmir Yolları QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC Özbəkistandan və Türkmənistandan Azərbaycana idxal yüklərinin, eləcə də Özbəkistandan və Türkmənistandan Azərbaycan ərazisindən tranzit olmaqla Gürcüstan və Türkiyə istiqamətlərində yüklərin əlverişli şərtlərlə daşınmasının həyata keçirilməsi barədə məlumat yayıb.

“ADY Konteyner” MMC Trend-ə verilən məlumatda qeyd olunur ki, hazırkı epidemioloji vəziyyətdə digər nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklərin ölkəmizdəki sahibkarlara, idxalatçılara və ixracatçılara malik yüklərin nəql olunmasında yarada biləcəyi problemlərin qarşısını almaq məqsədilə “ADY Konteyner” MMC dövlət şirkəti olaraq öz xidmətlərini daha əlverişli şərtlərlə təklif edir.

Özbəkistandan və Türkmənistandan yüklərin nəqli “ADY Konteyner” MMC-yə məxsus olan 20/40/45 futluq konteynerlərlə multimodal daşınma vasitəsilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti