...

Karantin rejimində iqtisadi artım bərpa olunsa da, paralel olaraq özümüzü qorumalıyıq - İbrahim Məmmədov

İqtisadiyyat Materials 29 May 2020 18:20 (UTC +04:00)
Karantin rejimində iqtisadi artım bərpa olunsa da, paralel olaraq özümüzü qorumalıyıq - İbrahim Məmmədov

Bakı. Samir Əli - Trend:

Məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, bəziləri hələ də qalmaqdadır. Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranda işçilər 100 faiz işə qaytarılır. Amma vətəndaşlar ehtiyatlı olmalıdırlar. Karantin rejimində iqtisadi artımlılıq bərpa olunsa da, paralel olaraq özümüzü qorumalıyıq.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, karantin rejiminin tələblərinə qapalı yerlərdə, ictimai-iaşə və xidmət obyektlərində ciddi nəzarət ediləcək: "Bununla bağlı Nazirlər Kabineti yeni qərar imzalayıb. Xüsusi karantin qaydalarını pozmaq inzibati məsuliyyətdir. Hələlik bununla bağlı cərimələrin məbləği müzakirə edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti