...

Bu gündən qida təhlükəsizliyi sertifikatının verilməsi elektron qaydada olacaq

İqtisadiyyat Materials 1 İyun 2020 15:12 (UTC +04:00)
Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları idxal edən sahibkarlıq subyektlərinə müraciət edib
Bu gündən qida təhlükəsizliyi sertifikatının verilməsi elektron qaydada olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları idxal edən sahibkarlıq subyektlərinə müraciət edib.

Agentlikdən Trend-ə verilən məlumata görə, idxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi 1 iyun tarixindən yalnız Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə veriləcək:

"Artıq Agentlik bununla bağlı əksər sahibkarlıq subyektləri ilə videotəlimlər keçirib. Eyni zamanda, videotəlimlərdə iştirak etməyən sahibkarlıq subyektlərinə həmin təlimlərin videoyazısı elektron formada göndərilib".

Qeyd edək ki, sahibkarlıq subyektləri birbaşa iş yerlərindən AQTİS vasitəsilə Agentliyə müraciət edərək qida təhlükəsizliyi sertifikatlarını şəxsi kabinetlərindən elektron qaydada əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti