...

“AccessBank”ın məcmu kapitalı normadan yüksəkdir

İqtisadiyyat Materials 1 İyun 2020 19:15 (UTC +04:00)
“AccessBank”ın məcmu kapitalı normadan yüksəkdir

Bakı. Trend:

2020-ci ilin ilk rübünün sonunda “AccessBank”ın aktivləri 895.341 milyon manat təşkil edib. Hazırda Bankın məcmu kapitalı 79.411 milyon manatdır, bu isə minimum məcmu kapital normasından (50 milyon manat) 29.411 milyon manat çoxdur. Analoji dövr üçün bankın xalis mənfəəti 2.5 milyon manat təşkil edib. Qeyd edək ki, “AccessBank” Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.

Qeyd edək ki, “AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti