Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində nöqsanlar aşkarlanıb, 109,2 min manat dövlət büdcəsinə bərpa edilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində nöqsanlar aşkarlanıb, 109,2 min manat dövlət büdcəsinə bərpa edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ilin İş Planına uyğun olaraq, dövlət büdcəsindən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (Komitə) ayrılan vəsaitlərin icrasına dair uyğunluq auditi aparılıb.

Bu barədə Trend Hesablama Palatasının saytına istinadən məlumat verir.

Məlumata əsasən, audit nəticəsində əsasən aşağıdakılar müəyyən edilib:

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı ümumi məbləği 118,5 min manat olan satın alınacaq malların ehtimal olunan qiymətləri Komitə tərəfindən müəyyənləşdirilməyib, aparat xərcləri üzrə satınalma keçirilmədən 20,2 min manat vəsait xərc edilib, həmçinin 9,3 min manat məbləğin xərc paraqrafları, 35,5 min manat məbləğin isə funksional təyinatı dəyişdirilərək xərc edilmiş, Qobustan rayonunda məskunlaşmış məcburi köçkün ailələrinin içməli su təminatı "Azərsu" ASC tərəfindən həyata keçirildiyi halda özəl təşkilata 8,5 min manat xidmət haqqı köçürülmüşdür.

Komitədə elektron informasiya bazasının yaradılması və bazanın işinin təkmilləşdirilməsi ilə bağlı işlər aparılsa da, müəyyən edilmişdir ki, 2019-ci ilin dekabr ayında 33,0 manat vahid aylıq müavinət alan 10741 nəfər məcburi köçkünün adı kommunal xərclər ödənilən məcburi köçkünlərin adlı siyahılarında, sıx məskunlaşma yerlərində yaşayan 9879 nəfər məcburi köçkünün adı isə vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilməmiş, 2910 nəfər məcburi köçkünün adı isə həm kommunal xidmət haqları dövlət hesabına mərkəzləşmiş qaydada ödənilən kontingent üzrə adlı siyahılara, həm də kommunal xidmət haqlarını özləri ödəyən məcburi köçkünlərin adlı siyahılarına salınmış, 60,0 manat məbləğində aylıq müavinət alanların siyahısında göstərilmiş 433 nəfər üzrə isə 201,7 min manat müxtəlif kommunal xidmətləri haqqı ödənilmişdir.

2019-cu ilin dekabr ayı üzrə kommunal xidmət haqları dövlət hesabına mərkəzləşdirilmiş qaydada ödənilən 665 məcburi köçkünə 33,0 manat əvəzinə 60,0 manat aylıq müavinət ödənilməsi nəticəsində 287,0 min manat artıq vəsait xərclənmiş, bir sıra hallarda müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilmiş müavinətin aylıq məbləği ilə onların bank filiallarında açılmış plastik kart hesablarına köçürülmüş aylıq məbləğlər arasında fərqlər müəyyən edilmişdir.

Ümumilikdə 40 məcburi köçkünün bank hesablarına vəfat etdiyi tarixdən sonra da müavinət ödənişləri davam etdirilərək 9588,9 manat, qanunvericilikdə nəzərdə tutulmadığı halda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası alan 261 məcburi köçkünə 248,8 min manat, aktiv sahibkarlıqla məşğul olduqları dövrlərdə 471 nəfər məcburi köçkünə 96,8 min manat vahid aylıq müavinət ödənilmiş, mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən 1513 nəfər məcburi köçkünə vahid aylıq müavinət ödənişi dayandırılmamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı olmadan Komitə tərəfindən əlavə 3 Mənzil Kommunal İstismar Sahəsi (MKİS) yaradılaraq onların saxlanılmasına 730,0 min manat, qanunvericilikdə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulmadığı halda MKİS-lərdə 110 “çilingər-santexnik” və 94 “xarrat-rəngsaz” ştat vahidi təsdiq edilərək əmək haqqı ödənilmiş, Komitənin Mənzil İstismar Departamentində nəqliyyat vasitələrinə normadan artıq 17,4 min manat dəyərində ehtiyat hissələri silinmiş, MKİS-lər tərəfindən qanunvericiliklə müəyyən edilmiş norma ilə nəzərdə tutulmayan 16,2 min manat dəyərində malların alışı həyata keçirilmiş, müqavilə üzrə nəzərdə tutulmuş işlərin vaxtında yerinə yetirilməməsinə baxmayaraq podratçı təşkilata 14,5 min manat cərimə məbləği hesablanmamış, qeyri-əhali qrupları üzrə məişət tullantısının yığılması və daşınmasına görə 1601,2 manat artıq vəsait ödənilmiş, çoxmənzilli yaşayış binalarında məcburi köçkünlərə lift xidməti üzrə hesablaşmalarda 3737,23 manat ƏDV məbləği nəzərə alınmamış, mobil telefon ötürücü antena qurğularının quraşdırılması xidmətinə görə dövlət büdcəsinə 2256,6 manat az icarə haqqı ödənilmişdir.

Məcburi köçkünlər üçün salınmış şəhərciklərdə məcburi köçkünlərdən 577,4 min manat məbləğində mənzil haqqının və bərk məişət tullantılarının yığılması və daşınmasına görə 862,8 min manat xidmət haqqının yığılması və uçota alınması təmin edilməmiş, sakinlərə göstərilən kommunal xidmətlərə görə 126,0 min manat xidmət haqqı düzgün olmayaraq büdcə vəsaiti hesabına ödənilmiş, məcburi köçkünlərin yeni salınmış qəsəbə və şəhərciklərə köçürmə işlərinə görə 40,2 min manat artıq vəsait ödənilmiş, MKİS-lərdə 18,0 min manat dəyərində inventar çatışmazlığı aşkar edilmiş, Mənzil İstismar Departamenti üzrə normadan artıq 2018-ci ildə 16 ədəd, 2019-cu ildə 14 ədəd xidməti nəqliyyat vasitəsi saxlanılaraq 37,7 min manat büdcə vəsaiti xərc edilmişdir.

Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Komitə tərəfindən ümumilikdə 109,2 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib, digər artıq ödəmələrin bərpası və müavinət alan şəxslər siyahılarının dəqiqləşdirilməsi üzrə işlər davam etdirilir.

BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Loading Bars
Xəbər lenti
BMT-nin Baş katibi "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətlərini səmərəsiz adlandırıb
"Honda" şirkəti 790 minə yaxın avtomobili geri çağırır
ABŞ dövlət katibi Bayden ilə Putinin "ən yaxın gələcəkdə" danışacağını açıqlayıb
Ən məhsuldar smartfonun adı məlum olub
Koronavirusun "omikron" ştammı 38 ölkədə aşkar edilib - ÜST
Türkiyə prezidenti Soçidə keçirilən üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırılıb
Mingəçevir Dövlət Universitetində təhsil tələbə krediti ilə bağlı infosessiyalar keçirilib (FOTO)
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda çoxmərtəbəli binada yanğın olub, ölən var
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib (FOTO)
Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə”lər seçilib (FOTO)
MDU-da “Tələbə Mediası” layihəsinin iştirakçıları ilə görüş olub
UNEC İqtisadi Forumunun sonuncu paneli: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya (FOTO)
Ombudsman nümayəndəsi Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
“BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçiriləcək
Ərdoğan və Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
Tikinti-Təchizat Birliyi MMC-nin saxlanılması xərcləri müəyyənləşib
Dayanıqlı maliyyəni təmin etmək üçün alternativ maliyyə mənbələri vacibdir - Orxan Məmmədov
Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb - SOCAR
Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb (FOTO)
Ombudsman İtaliyada bir sıra rəsmi görüşlər keçirib (FOTO)
Bakıda şantaj yolu ilə qızı intihara vadar edən oğlan həbs edildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 703 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub (FOTO/VİDEO)
Sahil Babayev Qəbələdə şəhid ailəsi və qazilər üçün yaradılmış müəssisə və təsərrüfatlara baxış keçirib (FOTO)
Xaçmazda Vətən müharibəsi qazisi ziyarət olunub (FOTO)
Postmünaqişə dövrünün reallıqları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Roma papasının Aİ-dəki nümayəndəsi koronavirusdan ölüb
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regionda baş verən son prosesləri müzakirə edib
Dekabrın 6-na USD/AZN rəsmi məzənnəsi
Livanın informasiya naziri istefa verib
İsmayıllıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb
Muğanbankda struktur dəyişikliyi
Bu günə qədər "YAŞAT" Fonduna daxil olan vəsait açıqlandı
Azad edilən ərazilərdəki faciələrin 53 faizi qanunsuz səfərlərlə bağlıdır - DİN
“AzerGold” barəsində yayılan neqativ xəbərlərlə bağlı açıqlama yayıb
“The Banker” ABB-ni “İlin bankı” elan etdi!
Azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması üzrə konsepsiya hazırlanıb
İllik sosial təminat xərcləri 2018-2021-ci illərdə 60% artıb - Nazir
Bakıda yanan məişət tullantıları söndürülüb
Xaricdə təhsil almış daha 67 nəfərin diplomu tanınmayıb
Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb (FOTO)
Evi tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bir neçə bərpa olunan enerji növü var - Təbriz Əmmayev
FHN mina axtarışında ilk dəfə itlərdən istifadə edib
Gömrük postunda 137 kiloqramdan artıq heroin aşkarlanıb
Siyəzəndə COVİD-19 xəstəsi sükan arxasında saxlanıldı
UNEC İqtisadi Forumu: Postpandemiya dövründə biznes transformasiyası (FOTO)
Yelo Bank LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verdi (FOTO)
Ceyhun Bayramov ukraynalı həmkarı ilə nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
Masazırda şəhid Nicat Salahovun il mərasimi keçirilib (FOTO)
Latviyada təyyarə eniş zolağından çıxıb - Hava limanı bağlanıb
Bakıda narkotik alveri edən daha bir dəstə yaxalandı (FOTO/VİDEO)
Bakıda NATO-nun təlim kursu keçirilib
Qubada əl qumbaraları tapılıb
Gələn ildən kənd təsərrüfatı üzrə verilən bütün aktivlər sığortalanacaq - Nazir
Cənubi Qafqazda vəziyyət həssas qalmaqdadır - Ann Linde
Ceyhun Bayramov Polşa xarici işlər naziri ilə görüşüb
Bakının mərkəzində yanğın olub
Şəmkirdə xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)
Pensiya ilə yanaşı, müavinətlər də artacaq - Sahil Babayev
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
Qarabağ və Şərqi Zəngəzurda heyvan xəstəliklərindən azad zona yaradılır
Türkiyə-Azərbaycan birgə universiteti yaradılacaq
İqlim təhlükəsizliyi ilə bağlı regional əməkdaşlıq platforması yaradıla bilər
17 nəfərə qarşı dələduzluq edən vəkilin şikayəti təmin edilmədi
Kəlbəcərin qızıl ehtiyatları ilə bağlı geoloji-axtarış işlərinə başlanılıb - Nazir
Qarabağın inkişaf strategiyası hazırlanır - Rəhman Hacıyev
Qarabağda kənd təsərrüfatının inkişafı üzrə işlərin miqyası 2022-ci ildə genişləndiriləcək - Nazir
Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi (FOTO)
Yasamalda avtomobildən 10 min manatdan artıq pul oğurlanıb (FOTO/VİDEO)
Hərbi qulluqçumuz ona hücum edən erməni əsilli təxribatçını zərərsizləşdirib - MN
Amnistiya aktının icrasında prokurorluq orqanlarının da üzərinə məsuliyyətli iş düşür - Heydər Yusifzadə
Türkiyənin “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirilib (FOTO)
Avstraliya Ermənistan və Azərbaycanı sərhədin delimitasiyası və demarkasiyası məsələsini həll etməyə çağırır
OPEC-in qərarı neftin ucuzlaşması riskini yüksəldir
Bakıda daha bir küçə təmir edilib (FOTO/VİDEO)
Azərbaycan həmkarlar ittifaqlarının əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər (FOTO)
Mövsümi xəstəliklər artıb: koronavirusla qripi necə ayırd edək?
Füzuli və Ağdamda su hövzələri minalardan təmizlənir - Polkovnik (VİDEO)
Mixail Qusman “Rusiya mədəniyyətinə töhfəsinə görə” döş nişanı ilə təltif edilib (FOTO)
“Sumqayıt Tikinti Xidmət” ASC özəlləşdirilir
16 saylı cəzaçəkmə müəssisəsindən 14 məhkum azadlığa buraxılıb (FOTO)
FHN minalarla bağlı vətəndaşlara çağırış edib (FOTO/VİDEO)
Türkiyədə inflyasiya son üç ildə ən yüksək səviyyəyə çatıb
Bakıda məktəb direktoru iki həftəlik karantinə cəlb edildi
Amnistiya aktı çərçivəsində 260 nəfər cərimədən azad edilib
İrandan Azərbaycana narkotik gətirən şəxsə hökm oxundu
ADU Konfutsi İnstitutunun təqdimatı keçirilib (FOTO)
“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Amnistiya aktı çərçivəsində 17 saylı cəzaçəkmə müəssisəsindən 122 məhkum azadlığa buraxılıb (FOTO)
2022-ci ilin büdcəsində dəyişiklik edilib
YARAT Müasir İncəsənət Məkanı 10 illik yubileyini qeyd edir
Türkiyə Qarabağda seysmik stansiyaların quraşdırılmasında Azərbaycana dəstək verəcək
Amnistiya aktı 65 qadına şamil edilib
Bakıda söyüşə görə qətl törədən 21 yaşlı gəncə ağır cəza verildi
İtaliya və Türkiyə mətbuatı Azərbaycan Ombudsmanının Ermənstanla bağlı hesabatlarından yazıb (FOTO)
Bütün xəbərlər