...

Sosial müdafiə tədbirləri daha da gücləndirilir - Rauf Əliyev

İqtisadiyyat Materials 22 Avqust 2020 15:44 (UTC +04:00)
Sosial müdafiə tədbirləri daha da gücləndirilir - Rauf Əliyev

Bakı. Trend:

Bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, digər ölkələrə nümunə göstərilən tədbirlər öz müsbət nəticələrini göstərir. 2020-ci ilin ötən dövrü ərzində sosial sahədə həyata keçirilən tədbirlər bunu deməyə əsas verir.

Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, ilin əvvəlindən ölkədə məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir olmaqla, bu tədbirlərin reallaşmasına 600 milyon manat vəsait ayrılıb. Sosial dəstək tədbirləri əhalimizin 48% ni və ya 4,8 milyon nəfəri əhatə edib:

"Bu il əhaliyə ödənilən ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub. Yaşa görə pensiyanın məbləği 307, ailə başçısını itirməyə görə isə 308 manata yüksəlib. MDB ölkələri ilə müqayisədə ölkəmiz pensiyanın alıcılıq qabiliyyətinə görə birinci yerə yüksəlib.

190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq, 600 min nəfəri əhatə edib. İctimai iş yerlərinin sayı 90 minə çatdırılıb, sosial Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib, bu ailələrin sayı 12 minə çatdırılıb. ÜDSY qaydaları sadələşdirilib və əhatə dairəsi genişləndirilib. Əlavə olaraq 58 min ailə üzvü olan 14 min ailəyə ÜDSY təyin edilib.

Yuxarıda qeyd olunanlar göstərir ki, Koronavirus pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq, Azərbaycanda nəzərdə tutulan sosial layihələr və sosial öhdəliklər nəzərdə tutulduğu kimi yerinə yetirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmişə qeyd edir ki, “Biz güclü dövlət qururuq, güclü iqtisadiyyat qururuq, eyni zamanda, insanların rifahı bizim üçün həmişə prioritet məsələ olubdur və olacaqdır. Bu da siyasətimizin mahiyyətini, yəni, mənasını göstərir. Onu göstərir ki, bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır!”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti