...

“Maestro Niyazi” quru yük gəmisi təmirdən sonra istismara qaytarılıb

İqtisadiyyat Materials 27 Noyabr 2020 13:44 (UTC +04:00)
“Maestro Niyazi” quru yük gəmisi təmirdən sonra istismara qaytarılıb

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid “Maestro Niyazi” quru yük gəmisinin təmiri yekunlaşıb.

ASCO-dan Trend-ə verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları), hava kompressorları təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Bundan başqa, gəminin sualtı və suüstü hissələri, yük anbarları və qapaqları, lövbər zəncirləri və lövbərləri abraziv qumla tam təmizlənərək üç qat rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və yenidən istismara qaytarılıb.

Qeyd edək ki, “Maestro Niyazi” gəmisinin uzunluğu 140,33, eni 16,5 metrdir, yükgötürmə qabiliyyəti isə 5500 tondur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti