...

Azad olunmuş ərazilərdə yenidənqurma işləri ilə bağlı işçi qrupu yaradılıb - Hikmət Hacıyev

İqtisadiyyat Materials 12 Dekabr 2020 14:39 (UTC +04:00)
Azad olunmuş ərazilərdə yenidənqurma işləri ilə bağlı işçi qrupu yaradılıb - Hikmət Hacıyev

Bakı. Ceyhun Ələkbərov - Trend:

İşğaldan azad olunan torpaqlarımızda yenidənqurma işlərinin başlaması ilə bağlı müzakirələr aparılır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqalamsında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu istiqamətdə işlər görülür:

"İşğaldan azad olunan torpaqlarımızda yenidənqurma işlərinin başlanması ilə bağlı cənab Prezidentin sərəncamı var. Həmin sərəncama uyğun olaraq müvafiq işçi qrupları yaradılıb. Bu istiqamətdə müzakirələr aparılır, planlaşdırma işləri görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti