...

Buğdanın idxalı və satışı, çörəyin istehsalı və satışı daha 1 il müddətinə vergidən azad olunur

İqtisadiyyat Materials 1 Fevral 2021 17:50 (UTC +04:00)
Buğdanın idxalı və satışı, çörəyin istehsalı və satışı daha 1 il müddətinə vergidən azad olunur

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il müddətinə vergidən azad olunur.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Belə ki, vergidən azadetmə 2022-ci ilədək davam edəcək.

Xatırladaq ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi.

Habelə, kəpəyin istehsalı və satışına tətbiq edilən azadolmanın 2021-ci ilin mart ayının 1-də bitdiyini və heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi nəzərə alınaraq həmin azadolmanın müddətinin daha 1 il müddətinə uzadılması təklif olunur.

Dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti