...

2020-ci ildə SİF tərəfindən sahibkarlara 126.9 milyon manat güzəştli kredit verilib - Sədr

İqtisadiyyat Materials 9 Fevral 2021 20:24 (UTC +04:00)
2020-ci ildə SİF tərəfindən sahibkarlara 126.9 milyon manat güzəştli kredit verilib - Sədr

Bakı. Ceyhun Ələkbərov - Trend:

2020-ci ildə SİF tərəfindən sahibkarlara müvəkkil kredit təşkilatları vasitəsilə layihələrin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 126.9 milyon manat güzəştli kredit verilib.

Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) darə Heyətinin sədri Kənan Nəcəfov bildirib. Onun sözlərinə görə, bu kreditlər hesabına 2700-dən çox yeni iş yerinin açılması imkanı yaranıb:

"Kreditlərin 57%-i aqrar sektorun (istehsal və emal), 43%-i sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 79%-i regionların, 21%-i isə Bakı qəsəbələrinin payına düşür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti