...

Əli Əsədov Ankarada TANAP-ın ofisində olub (FOTO)

İqtisadiyyat Materials 19 Fevral 2021 14:49 (UTC +04:00)
Əli Əsədov Ankarada TANAP-ın ofisində olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 19-da Trans-Anadolu qaz kəməri - TANAP-ın Ankaradakı ofisində olub.

Trend xəbər verir ki, TANAP-ın Baş direktoru Saltuk Düzyol layihənin fəaliyyəti barədə təqdimatla çıxış edib.

Baş nazir Əli Əsədov layihənin Azərbaycan və Türkiyə prezidentlərinin iradəsinin nəticəsində başa gəldiyini söyləyib, bunun hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti