...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 23 Fevral 2021 11:40 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 64,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,84 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,8 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,25 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,81 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti