...

Yeni iş yerlərinin 54,9 faizi özəl sektorda yaradılıb

İqtisadiyyat Materials 19 Mart 2021 10:12 (UTC +04:00)
Yeni iş yerlərinin 54,9 faizi özəl sektorda yaradılıb

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

2020-ci il ərzində ölkədə yeni açılan 129,0 min iş yerinin 54,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, yeni iş yerlərinin 69,3 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının payına düşüb.

İş. yerlərinin 30 faizi digər regionlarda, o cümlədən 8,4 faizi Aran, 6,6 faizi Lənkəran, 6,0 faizi Gəncə-Qazax, 2,4 faizi Abşeron, 2,0 faizi Dağlıq Şirvan, 1,5 faizi Şəki-Zaqatala, 1,5 faizi Yuxarı Qarabağ, 1,4 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarında yaradılıb.

Yeni iş yerlərinin 6,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 74,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 18,7 faizi isə digər tədbirlər üzrə açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti