Əmanətlərlə bağlı yeni qanun əmanətçilər üçün bir çox üstünlük yaradır

Əmanətlərlə bağlı yeni qanun əmanətçilər üçün bir çox üstünlük yaradır

Bakı. Trend:

Aprelin 5-dən etibarən “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvədən düşür və bundan sonra banklarda əmanətlərin sığortalanması “Əmanətlərin sığortalanması haqqında” qanunla tənzimlənəcək. Bu gündən qüvvəyə minən qanun əmanətçilər üçün hansı imkanları yaradacaq? Bu barədə suallarımızı “Unibank” KB-nin Baş Hüquq və Komplayens inzibatçısı Əfqan Baxışov cavablandırıb.

- Əfqan müəllim, “Əmanətlərin sığortalanması haqqında” qanun əmanətçilər üçün hansı üstünlükləri yaradır?

Azərbaycanda ”Əmanətlərin sığortalanması haqqında” Qanun 2006-cı ildə qəbul olunub. Təbii ki, əsas məqsəd maliyyə sisteminə inamı gücləndirmək, insanların pullarını evdə saxlamayaraq, banklar vasitəsilə iqtisadiyyata yatırmalarına stimul yaratmaq idi. Həm də insanlar əmin olsunlar ki, onların bankda olan vəsaitlərinə dövlət təminat verir. 2016-cı ilin 2 mart tarixində qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 3-cü maddəsinə əsasən isə 5 aprel 2021-ci il tarixədək banklardakı milli və xarici valyutada müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq sığortalanırdı. Bu, təbii ki müvəqqəti bir qanun idi. 5 aprel tarixindən etibarən isə sözügedən qanun qüvvədən düşmüş sayılır və əmanətlərin sığortalanması "Əmanətlərin sığortalanması haqqında" Qanunla tənzimlənir. “Əmanətlərin sığortalanması haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən 5 aprel 2021-ci il tarixindən sonra sığortalanan əmanətlərin həcmi 100 min manat həcmində olacaq. Qanuna edilən çox vacib və əhəmiyyətli dəyişikliklərdən ikincisi, sahibkarların əmanətlərinin sığortalanması ilə bağlıdır. Azərbaycanda ilk dəfə olaraq sahibkarların da əmanətinin sığortalanması baş verdi. Bu dəyişiklik fərdi sahibkarların banklarda olan vəsaitlərinin 20 min manata qədər hissəsinin sığortalanmasını nəzərdə tutur. Üçüncü ciddi dəyişiklik fiziki şəxslərin notariusların depozit hesabında olan vəsaitlərinin sığortalanması ilə bağlıdır. Əmlakın alqı- satqısını aparanda mütləq şəkildə notariusun depozit hesabına pul yerləşdiririk. Notariusların depozit hesabı banklarda olmalıdır. Bank ləğv olunduğu halda, vəsait qoruma altında olmadığından (notariusun depozit hesabı qorumaya düşmürdü) vətəndaşların pullarının qaytarılmasında problemlər yaranırdı. Bu problemi aradan qaldırmaq üçün Qanuna edilən dəyişiklik artıq notariusların hesabında olan fiziki şəxslərin vəsaitinin də sığortalanmasını təmin etdi.

- Dəyişikliklərə əsasən, qorunan əmanətin yuxarı həcminin məhz 100.000 manat müəyyənləşdirilməsi nə ilə bağlıdır?

Statistika göstərir ki, banklarda bu gün olan əmanətçilərin sayının demək olar ki, 99%-dən çoxu 100.000 manatadək əmanəti olan şəxslərdir. Əslində bu limiti müəyyən etməklə, dövlət əmanətçilərin böyük əksəriyyətini yenə də sığortaladı. 100 min manatdan çox əmanəti olanlara gəlincə, banka əmanət yerləşdirən zaman onların bankların, şəraitin qiymətləndirilməsini həyata keçirmək üçün daha böyük imkanları var. Digər tərəfdən yüksək məbləğdə depozit qoymaq istəyən şəxslər Azərbaycan reallığında bir çox hallarda tanıdığı, etibar etdiyi şəxsin bankda olmasına da önəm verir. Bu kimi amillər o insanlar üçün riskini də tənzimləməyə imkan verir.

- Əmanət hesabı açmaq istəyən vətəndaş etibarlı bankı necə seçməlidir?

Bildiyiniz kimi 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%, xarici valyutada isə 2,5% müəyyən edilib. Yəni əmanət sığortalıdırsa, burda heç bir vətəndaş itirə bilməz. Baş vermiş sığorta hadisələrinin dəyərləndirilməsi göstərdi ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən bu idarəetmə çox yaxşı şəkildə həyata keçirilir. Çox qısa bir müddətdə və problemsiz olaraq, vətəndaşlara ödənişlər olur. Digər tərəfdən vətəndaş özü də araşdırma apararaq daha uğurlu seçim edə bilər. Hazırda banklar rüblük, illik maliyyə hesabatlarını, auditor rəylərini açıqlayırlar. Bu məlumatlar bankların mövcud maliyyə vəziyyəti ilə bağlı daha ətraflı tanış olmaq imkanı yaradır. Vətəndaşlar bankın vəziyyətinin qiymətləndirilməsi zamanı ekspertlərin köməyindən də istifadə edə bilər.

- Bu gün də öz vəsaitini evində saxlayıb banka əmanət qoyuluşu etməyən vətəndaşlarımız da var. İnsanlar əmanət hesablarının açılmasında niyə maraqlı olmalıdrlar?

Əvvala onu qeyd edim ki, bu gün ölkə banklarında kifayət qədər cəlbedici, həm də sığortalı əmanət faizləri mövcuddur. Elə öz Bankımızdan nümunə çəkək. Bu gün vətəndaşlarımız “Unibank”da manatda depozit hesabı açaraq, illik 12%-dək gəlir götürə bilər. Əmanət hesabı açmaq üçün ən əsas səbəb ondan ibarətdir ki, insanlar pulu özlərində saxladıqda ölü bir vəsaitə çevirilir, heç bir dəyər qazanmır. Kimsə düşünə bilər ki, mən vəsaitimi dollara çevirib evimdə saxlayıram, bununla gələcəkdə risklərdən özümü sığortalayıram. Amma bütün hallarda bu vəsait gəlir gətirmir, dəyər itirir. Pulun evdə saxlanılması heç bir iqtisadi əhəmiyyət daşımır. Vəsaitin depozit olaraq banklara qoyulmasının üstünlüyü: birincisi, əlavə dəyər gətirəcək, ikincisi, sığorta hadisəsi baş versə belə, onun itkisi baş verməyəcək, üçüncüsü, bu vəsait iqtisadiyyata qayıdır və iqtisadiyyat inkişaf etdikcə, depozit sahibi ordan da qazanır. Yəni şəxs bilməlidir ki, onun vəsaitini bank daha yaxşı idarə edəcək. Çünki bank həmin pulu kiçik, orta, iri sahibkara verir. Bu vəsait iqtisadiyyata qoyularaq əlavə dəyər qazanır, iqtisadi inkişafa təkan verir. Böyüyən iqtisadiyyatdan isə yenə qazanan həmin əmanət sahibi və onun deyək ki yaxınları, ailə üzvləri olur. Hamı pulunu yığıb evində saxlasa, yanğından, oğurluqdan sığortası yoxdur, amma banklarda bu risklərdən qorunur. Bəzən düşünürlər ki, banka əmanət qoyanda mən əmanətimi sonra geri çəkə bilməyəcəm. Amma belə deyil. Hər bir bankda müxtəlif əmanət növləri var. Vətəndaşın seçdiyi əmanət növündən asılı olmayaraq, istədiyi vaxt öz əmanətini qanunvericiliyə uyğun götürmək hüququ var. Vətəndaşlarımızı daha uzunmüddətli düşünməyə çağırırıq. Əslində depozit özlüyündə gələcəyə hesablanmış bir məhsuldur. Şəxsin özü üçün, övladı üçün gələcəyə hesablanmış sərmayəsidir. Vətəndaş uzunmüddətli perspektivdən daha çox qazanacağını anlamalıdır.

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Loading Bars
Xəbər lenti
ABŞ Nümayəndələr Palatası Səudiyyə Ərəbistanına silah satışının məhdudlaşdırılmasını istəyib
Tovuzda birmərtəbəli ev yanıb
Türkiyədə son sutkada koronavirusdan 52 213 nəfər sağalıb
ABŞ bu il Əfqanıstana əlavə 300 milyon dollar ayıracaq
Britaniyada koronavirusa yoluxanların sayı 4,4 milyona çatır
Bakıda mənzildən kişi meyiti tapılıb
Çexiyanın yeni XİN rəhbəri Yakub Kulqanek təyin edilib
Yasamal rayonunda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Azərbaycan gimnastı Avropa Çempionatının finalına çıxıb
ABŞ-da koronavirusa qarşı 200 milyon doza peyvənd vurulub
Türkiyə ordusu ilin əvvəlindən 836 terrorçunu zərərsizləşdirib
Mariya Stadnik Avropa çempionatının finalında (FOTO)
Bakıda minik avtomobili yanıb
Gürcüstanda koronavirusa daha 1310 nəfər yoluxub, 12 nəfər ölüb
Birgünlük səfər, yüzillik xidmət: Dövlət başçısının bölgələrə səfəri əhalinin rifahına xidmət edir
Bakıda bu mənzillərin qiyməti ucuzlaşıb
“YAŞAT” Fondunun fəaliyyət istiqamətlərinə dair HESABAT
Azərbaycanın regionları sürətlə və uğurla inkişaf edir - Deputat
Erməni faşizmi daha amansız və daha dəhşətlidir - ŞƏRH
Gömrük Akademiyası “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində ilk onlayn görüş keçirib (FOTO)
Qarabağda atəşkəs barədə saziş imzalandıqdan sonra irəli addımlamaq vaxtıdır - İnsan haqları müvəkkili
Azərbaycanda minik avtomobillərinin istehsalı azalıb
"SOCAR Ukraine" qaz tədarükçüsünün seçilməsi ilə bağlı tenderdə iştirak edir
Dövlət başçısının Hacıqabulda istifadəyə verdiyi müəssisələr uğurlu iqtisadiyyatın göstəricisidir - Deputat
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib (FOTO/VİDEO)
Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb
OPEC+ neft hasilatının bərpası ilə bağlı qərarını təsdiq edə bilər
Erməni faşizmi tarixi abidələrə münasibətdə də özünü qabarıq şəkildə göstərir - Mübariz Qurbanlı
Ofis işçilərinin və yumşaq oturacaqların xəstəliyi
Nərmin Quliyevanın qətlində təqsirləndirilən şəxsin istintaqı yekunlaşdı
“Əsas Məsələ”də Ermənistanın revanşizmi, üzərinə düşən öhdəliklərdən boyun qaçırması kimi məsələlər müzakirə olunub
Bakı Dövlət Sirkinin milli truppa və orkestri yenidən təşkil olunur
Rusiya 10 ABŞ diplomatını ölkədən çıxarır
Yaşıl rəngli tərəvəzlərin faydası
Sahibkarlar indi özlərinə uyğun xidmət paketini seçə bilərlər
Ağdam rayonunun Baş Qərvənd kəndi (VİDEO)
İsti ayların gəlişi ilə maskalardan imtina etmək olarmı? TƏBİB açıqladı (VİDEO)
Azərbaycanın azad edilən ərazilərində gördüyümüz mənzərə dəhşət doğurur - Belarus səfiri
Azərbaycan - İndoneziya əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
Hacıqabulun bugünkü mənzərəsi bölgələrimizin sürətli inkişafı haqqında aydın təsəvvür yaradır - Vüqar Rəhimzadə
Hamiləlik testləri - Hansı testə güvənək?
Qarabağda da sənaye parklarının yaradılmasının şahidi olacağıq - Komitə sədri
Belarusun ölkəmizdəki səfiri Respublika Veteranlar Təşkilatının qonağı olub (FOTO)
Çexiyanın yeni xarici işlər naziri təyin olunub
Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
Bakının bu ərazilərində havada tozun miqdarı normadan yüksəkdir
Ukraynada fövqəladə vəziyyət və karantin rejimi uzadıldı
İslahatlar nəticəsində ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunub - Elman Rüstəmov
Dövlət Məşğulluq Agentliyinin mərkəz rəhbəri koronavirusdan öldü
Qaxda reyd: 20 sürücü cərimələndi (FOTO)
Dövlət başçısının Hacıqabula səfəri regionların inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir - Tamam Cəfərova
İndoneziyada sualtı qayıq itib - 53 nəfərin taleyi məlum deyil
İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir - Pərvin Kərimzadə
Azərbaycanda ilk dəfə aqrar sığorta mütəxəssisləri fəaliyyətə başlayır
Qida təhlükəsizliyi ilə bağlı istehlakçılar arasında sorğu keçirilib
Əli Əhmədov İCAPP iclasında Azərbaycanın qələbəsindən danışıb (FOTO)
Azərbaycan və Türkiyə poçtları daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır
Silk Way West Airlines “2020-ci ilin yükdaşıma aviaşirkəti” seçilib
"YAŞAT" Fonduna daxil olan və xərclənən ümumi məbləğ açıqlandı
"YAŞAT" Fondu ümumilikdə 63 qazini Türkiyəyə müalicəyə göndərib
Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlanır (FOTO)
Hövsan Yaşayış Kompleksində 503 güzəştli mənzilin seçimi uğurla başa çatdı
“Rabitəbank”-ın Lənkəran rayon filialının xəzinədarı həbs edildi
Rusiya Qarabağda münaqişənin dayandırılmasında əsas rolu oynayıb - Putin
"İdeal" mağazalar şəbəkəsinin həbsdə olan sabiq rəhbərinin şikayəti təmin edilmədi
Qərbi Azəri platformasında hasilat müvəqqəti dayandırılır
40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olundu (FOTO)
Şuşanın memarlıq irsinin bərpa-eskiz layihələrinin təqdimatı olub (FOTO)
Hakerlər Rusiya vaksinləri barədə məlumatları ələ keçirməyə çalışıb - FTX
Ermənilərin Füzulidə viran qoyduğu qəzet redaksiyası – Trend TV-nin REPORTAJI
Könül Nurullayeva AŞPA-nın komitə iclasında çıxış edib (VİDEO)
Mədəniyyət naziri koronavirusa yoluxub
İranda sutka ərzində 24,8 min nəfər koronavirusa yoluxub, 388 nəfər ölüb
Paşinyan etirazla qarşılandığı şəhərdən qaçdı (VİDEO)
Bakıda evə basqın edən maskalı şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Şəkidə ev yanıb
BP və Türkiyə BTC ilə neft nəqli üçün yeni qiymətlər barədə razılığa gəlib - Mənbələr
Sabah yağış yağacaq, külək əsəcək
İsveçrənin Azərbaycandakı investisiyaları qeyri-neft sektorunda cəmləşib - Nazirlik
Hacıqabulda yeni məktəb tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşsiz şəxslər İcbari Tibbi Sığortadan istifadə edə bilər? - AÇIQLAMA
Azərbaycanda qızıl bahalaşıb
“Rabitəbank” valideyn himayəsindən məhrum uşaqları sevindirib
Çindən yola salınan ikinci yük qatarı Bakıya çatıb
Zəngəzur dəhlizi açılacaq, Ermənistan da bu fikri qulağına sırğa eləməlidir - Deputat
Daha bir marşrut xəttində gedişhaqqı “BakıKart”la ödəniləcək
Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb
Bərdə sakininin həkim səhlənkarlığı ilə bağlı şikayəti araşdırılır - Baş Prokurorluq
AQTİ mütəxəssisləri pestisid qalıqları və mikotoksinlərin analizi üzrə beynəlxalq təlimlərə cəlb olunub
Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsib (VİDEO)
Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub
Azərbaycan nefti ucuzlaşıb
Dövlət Vergi Xidməti və DGK-dən büdcəyə daxilolmalar proqnozu üstələyib
Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib
Beş rayonda 10 kənd yolu yenidən qurulur (FOTO)
Bütün xəbərlər