...

Bu il 17,6 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb

İqtisadiyyat Materials 16 Aprel 2021 10:14 (UTC +04:00)
Bu il 17,6 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb

Bakı. Trend:

Ölkəmizdə qurulan elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin ilk rübündə e-qaydada 17,6 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan 7,7 mini pensiya, 9,9 mini müavinət və təqaüd təyinatları olub.

Sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə pensiya, müavinət və təqaüd təyin edilib.

E-təyinat sistemləri xüsusilə postmüharibə dövründə şəhid ailələrinə sosial ödənişlərin operativ təyinatına imkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti