...

Rusiya aviaşirkəti Bakıya uçuş marşrutlarını artırır

İqtisadiyyat Materials 16 May 2021 14:00 (UTC +04:00)
Rusiya aviaşirkəti Bakıya uçuş marşrutlarını artırır

Bakı. Sədrəddin Ağcayev - Trend:

Rusiyanın "Nordwind" aviaşirkəti mayın 19-dan etibarən Nijni Novqorod və Kazan şəhərlərindən Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, Nijni Novqoroddan uçuşlar cümə axşamları, Kazandan isə çərşənbə günləri baş tutacaq. Mayın 31-dən başlayaraq Kazan reysləri bazar ertəsinə keçiriləcək.

Bundan başqa, "Nordwind" mayın 20-dən Rostovdan Bakıya uçuşlara başlayacaq. Bu uçuşlar da həftədə bir dəfə çərşənbə günləri iyun ayından isə bazar ertəsi həyata keçiriləcək.

Xatırladaq ki, ötən gün "Nordwind" mayın 18-dən Sankt-Peterburq şəhərindən Azərbaycanın paytaxtına birbaşa uçuşlara başlayacağını elan etmişdi.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti