Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 4 342 milyon manat təşkil edib. Daxilolmalar üzrə proqnoz 124,4% yerinə yetirilib.
Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) məlumatında deyilir.
Qeyd edilir ki, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 3 183,9 milyon manat olub və proqnozdan əlavə, büdcəyə 498,8 milyon manat ödənilib.