Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan əhalisinin nominal gəlirlərinin məbləği açıqlanıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2021-ci ilin yanvar-iyun ayları ərzində əhalinin nominal gəlirləri 27 milyard 580,7 milyon manat təşkil edib.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 2.755 min manat təşkil edib.