...

Azərbaycanda qida məhsullarının istehsalı artıb

İqtisadiyyat Materials 2 Avqust 2021 19:31 (UTC +04:00)
Azərbaycanda qida məhsullarının istehsalı artıb

Bakı. Elçin Mehdiyev - Trend:

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda qida məhsullarının istehsalında artım qeydə alınıb.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 80,8 faiz, qida məhsullarının istehsalında 8,1 faiz artım, içki istehsalında isə 5,0 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 79,3 faiz, duru bitki yağlarının istehsalı 4,6 faiz, kərə yağının istehsalı 5,4 faiz, kolbasa məmulatlarının istehsalı 8,4 faiz artıb, marqarin istehsalı isə 8,7 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti