...

İyulda qeyri-neft sektoru üzrə ən çox mal bu ölkələrə ixrac olunub - SİYAHI

İqtisadiyyat Materials 31 Avqust 2021 14:51 (UTC +04:00)
İyulda qeyri-neft sektoru üzrə ən çox mal bu ölkələrə ixrac olunub - SİYAHI

Bakı. Çingiz Səfərli - Trend:

2021-ci ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (64 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (49,9 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (13,9 milyon ABŞ dolları) olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, iyul ayı üzrə ixrac 2,6 mlrd dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,7% təşkil etməklə 192 mln dollar olub. 2021-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6% artaraq 43 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 80,1% artaraq 149 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin iyul ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında ilkin formalı polipropilen (15 milyon ABŞ dolları) birinci, azot gübrələr (12,7 milyon ABŞ dolları) ikinci və şaftalı (12,2 milyon ABŞ dolları) üçüncü olub.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti