Sahibkarsan? Biznesin artıq CİBindədir!

Sahibkarsan? Biznesin artıq CİBindədir!

Bakı. Trend:

Son dövrdə, demək olar ki, əksər insanlar, xüsusilə bizneslə məşğul olanlar “CİB” brendi barədə tez-tez eşidirlər, həmçinin istifadə edirlər. Bəs, görəsən nədir “CİB Biznes”, məramı, mahiyyəti nədən ibarətdir, hansı məqsədlə yaradılıb? Bu və digər sualları sözügedən layihənin ideya müəllifi və rəhbəri Hacıağa Hacı cavablandırıb.

- “CİB Biznes” xidməti nədir?

- Bildiyiniz kimi, CİB brendi ödənişlər bazarında artıq 6 ildir fəaliyyət göstərir. “CİB Biznes” bizim yeni biznes-to-biznes həllimizdir və CİB ekosisteminin növbəti inkişaf mərhələsidir. Bu məhsulu yaratmaqda məqsədimiz mikro, kiçik və orta biznes sahiblərinə (KOBlar) biznes prosesləri rəqamsallaşdırmağa kömək etməkdir. Həmçinin müştərilərə göstərilən xidmət keyfiyyətini və çeşidini artırmağa dəstək olmaqdır. Biz buna omni-kanal həllər deyirik, yəni sahibkar CİB Biznesə qoşulmaqla müştəriyə göstərdiyi xidməti bazarda mümkün olan bütün həllər vasitəsi ilə həyata keçirə bilir.

- Hansı xidmətlər və kanalların rəqəmsallaşmasından söhbət gedir?

- “CİB Biznes” sahibkara inventar idarəetməsini (stock management), müştərilərlə münasibətləri (CRM), satış prosesini, müxtəlif yollar ilə ödənişlərin qəbulunu və elektron ticarəti rəqamsallaşdırılmış şəkildə vahid bir məhsul olaraq təklif edir. “CİB Biznes”i seçən sahibkar bütün biznes proseslərini vahid bir həll üzərindən idarə edə bilir.

- “CİB Biznes”i yaratmaqla hansı problemləri həll etməyi düşünürsünüz?

- Bildiyiniz kimi, dünyada elektron ticarət və pərakəndə ticarətdə rəqəmsallaşma çox sürətlə artır. Azərbaycanda bu trendlər yeni-yeni ortaya çıxmağa başlayır. Bu prosesdə böyük bizneslərin üstünlükləri çoxdur. Həm böyük sərmayə yatıra, həm bir neçə kanaldan satışı asanlıqla həyata keçirə bilirlər, həm də resursları çoxdur. Kiçik və orta bizneslər bu prosesdə geridə qalır. Bizim həllimiz məhz bu sahibkarlara sərmayə qoymadan sürətli rəqəmsallaşmağa şərait yaradır.

- Belə çıxır ki, “CİB Biznes”in məqsədi elektron ticarətlə məşğul olmaq üçün bizneslərə platforma yaratmaqdır?

- Elektron ticarət işin ancaq bir tərəfidir. Sözsüz ki, elektron ticarətlə məşğul olmağa şərait yaratmaq əsas faydalardan biridir, lakin bu, tək fayda deyil. Bizim platformaya qoşulmaqla, KOB-lar həm öz anbar idarə etmə sistemini qura bilirlər, həm müştərilərlə işləmək üçün CRM sisteminə sahib olurlar, həm də müxtəlif ödəniş kanalları ilə ödənişləri qəbul edə bilirlər. Yəni biz KOB-ların satış və marketinq fəaliyyətini tam rəqəmsallaşdıra bilərik. Maraqlısı budur ki, biznes bunu smartfonun köməyi ilə edə biləcək, heç bir əlavə avadanlıq və resurslar cəlb etməyə ehtiyac qalmayacaq. Eyni zamanda, “CİB Biznes” həlli sahibkara öz mobil telefonunu satış nöqtəsinə çevirməyə və biznesini CİBindən idarə etməyə imkan verəcək.

- Siz dediniz ki, KOB-ların bu prosesdə heç bir investisiya qoymağa ehtiyacı olmayacaq. Bəs sizin biznes model nədən ibarətdir?

- Bəli, əlavə avadanlıq alıb quraşdırmağa ehtiyac yoxdur. Mobil telefon mağazanı elektron satış nöqtəsinə çevirir. Biz bu layihəyə kommersiya baxımından uzun müddətli baxırıq. Xidmətlərin böyük hissəsi KOB-lara əvəzsiz qaydada təqdim olunacaq. KOB-lardan xidmət haqqı yalnız elektron ticarətdən keçən dövriyyələr üzrə alınacaq. Bir daha vurğulamaq istərdim ki, orta-müddətli məqsədimiz KOB-ları sürətli rəqəmsallaşdırmaq və elektron ticarət dövrünə hazırlamaqdır.

  • Dünyada bunun analoqları varmı?

- Bəli. “Shopify” platforması belə həllər verir. Amazon da bu yaxınlarda bildirdi ki, satış nöqtələri üçün inventar idarəetmə, məlumatların təhlili (data analytics) kimi biznes funksiyalarını əhatə edən sistem üzərində işləyir. Yəni, əslində, biz ən irəlidə olan ölkələrlə eyni vaxtda bu innovasiyanı tətbiq etmiş oluruq.

- Bir qədər də elektron ticarət barədə danışaq. Bazarın potensialını necə dəyərləndirirsiniz?

- Elektron ticarət bir çox ölkələrdə pərakəndə ticarətin 10-30%-ni təşkil edir və yaxın illərdə bu rəqəmlər daha da yüksələcək. Azərbaycanda hazırda bu rəqəmin 1-2% nisbətində olduğu qənaətindəyik. Yəni yaxın 5 ildə 5-10 dəfəlik artım proqnozlaşdırmaq olar. Yerli bazarda həllər və təkliflər az olduğu üçün alıcılar xarici saytlara, xüsusilə Türkiyə saytlarına üz tutur. Elektron ticarət ekosisteminin ilk məqsədlərindən biri bizim vətəndaşların rahat alış-veriş edə biləcəyi yerli elektron ticarət sistemləri qurmaqdır.

- Elektron ticarət sistemi deyərkən nəyi nəzərdə tutursunuz?

- Çox insan elektron ticarətə başlamağı internet səhifə yaratmaqla eyniləşdirir. Buna görə də bir çox startaplar uğursuz olur. Çünki internet səhifə həll ediləsi 4-5 problemdən ən sadəsidir. İlk növbədə anbar (mal qalıqları) idarəetməsi qurulmalıdır, yəni müştəri malı sifariş edərkən siz malın olub-olmadığından əmin olmalısınız. Çünki əgər mal yoxdursa, onda çatdırılma müddəti çox uzanacaq və ya mal çatdırılmayacaq. Əminəm ki, yerli e-ticarət səhifələrindən mal sifariş edərkən çoxları 5-10 gün çatdırılma müddəti ilə üzləşiblər.

İkinci, çatıdırlma xidməti sürətli olmalıdır. Bir neçə saatdan tutmuş, eyni gün ərzində çatdırılma üçün etibarlı kuryer xidməti təşkil olunmalıdır. Malların qaytarılması, müxtəlif növ ödənişlərin qəbulu, mal çeşidlərinin olması kimi vacib problemlər də həllini tapmalıdır. Bu məsələləri həll etmədən e-ticarətin inkişafına nail olmaq çətin olacaq.

- Sizin biznes müştəriləriniz nə cür elektron ticarətlə fəaliyyətə başlaya bilərlər?

- Bizim gətirdiyimiz yeniliklərdən biri bir neçə toxunuşla internet mağaza aça bilməkdir. Biznes bizdə qeydiyyatdan keçdikdən sonra həm oflaynda xidmətlər alacaq, həm də avtomatik internet mağazaya sahib olacaq. Bir daha vurğulayım, bunun üçün heç bir xərc çəkilməyəcək.

- Hədəfləriniz nədir?

- Vizyonumuz həm ticarətlə, həm də elektron ticarətlə məşğul olmağı asanlaşdırmaqdır. Sloqanımız da bunu yaxşı ifadə edir: “Biznesin CİBində”. Yəni bu deyilənləri həyata keçirmək üçün cibdəki smartfon yetərlidir. İlkin hədəfimiz pərakəndə ticarətlə məşğul olan mağazaları platformaya gətirməkdir. Gələn ilin sonuna qədər hədəf mağaza sayını 1.000-ə, 2023-ci ilin sonuna qədər isə 2000-nə çatdırmaqdır.

- Nə zamandan aktiv fəaliyyətə başlayacaqsınız?

- Son bir ildə aktiv şəkildə proqram təminatının hazırlanması ilə məşğul idik. Son 3-4 ayda tam həlləri vermək üçün digər tərəfdaşlarla birgə iş birliyi üçün inteqrasiyaları həyata keçiririk. Məsələn, iki kuryer şirkəti ilə əməkdaşlığa başlayırıq. Banklarla ödənişlərin qəbulu üçün əməkdaşlıq qurmuşuq. Bu aydan aktiv satış fəaliyyətinə başlayırıq.

- Bu platformalarda kimlərlə əməkdaşlıq edəcəksiniz?

- Biz CİB ekosisteminin bir parçasıyıq. CİB Azərbaycanda ilk multi-bank mobil ödəniş sistemidir. Hazırda CİB mobil tətbiqi ödəniş həlli kimi sürətli inkişaf edir. İlk növbədə “CİB Biznes” CİB mobil tətbiqi ilə birlikdə omni-kanal ödəniş həlləri üzərində çalışır. İlk addımımız QR ödənişləri həm onlayn, həm satış nöqtələrində populyarlaşdırmaq olacaq. Burada linklə ödəmək, QR kodla ödəmək, gələcəkdə tap-2-phone texnologiyası ilə ödəmək imkanları təqdim olunacaq.

Pplatforma kimi hamıya açığıq. Banklarla sıx əməkdaşlığı planlayırıq. KOB-lara biznes kartları, kredit məhsulları, alıcılara “indi al, sonra ödə” məhsulları banklar vasitəsilə təqdim olunacaq. Kuryer şirkətləri ilə əməkdaşlıqdan isə artıq bəhs etdim.

- Qarşınızda böyük iş və hədəflər var. Bu hədəflərə çatmaq üçün işlərinizdə uğurlar arzulayırıq. Suallarımızı ətraflı cavablandırdığınız üçün də təşəkkür edirik!

- Mən də təşəkkür edirəm.

CİB Biznes layihəsi barədə daha ətraflı məlumat əldə etmək üçün sayta keçid edin: https://cib.business

Tətbiqi yükləmək üçün: App StoreGoogle Play ziyarət edin.

Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Loading Bars
Xəbər lenti
İsraildə koronavirusun yeni ştammına daha 5 yoluxma qeydə alınıb
Mourinyonun komandası ilk dəfə 6 qol buraxıb
Bayden iqlim dəyişikliyini bəşəriyyət üçün təhlükəli hesab edib
Bu gün hava əsasən yağmursuz keçəcək
Kraliça II Elizabet gecəni xəstəxanada keçirib
ABŞ-da film çəkilişi zamanı atışma olub, ölən və yaralanan var
Yeni Zelandiyada 5,9 bal gücündə zəlzələ olub
Belarus "Avroviziya-2022" müsabiqəsində iştirak etməyəcək
Britaniyada koronavirusa 50 mindən çox yeni yoluxma halı qeydə alınıb
Bakıda yaşayış binasında yanğın olub
Azərbaycan UEFA əmsallar cədvəlində 26-cı pilləyə yüksəlib
Avropa Liqası: "Vest Hem" evdə, "Qalatasaray" səfərdə qələbə qazandı (NƏTİCƏLƏR)
Suriyada meşələrin yandırılmasına görə 24 nəfər edam edilib
Zəfər xronikası 22 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyevanın Trend İnformasiya Agentliyinə müsahibəsi
44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr
Türkiyə kəşfiyyatı İraqda 5 PKK terrorçusunu zərərsizləşdirib
Azərbaycanla İsveçrə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)
"Qarabağ" Konfrans Liqasında növbəti qələbəsini qazanıb
Milli Məclisin sədri ATƏT PA-nın sədri ilə görüşüb (FOTO)
Milli Məclisin sədri Parlament Sədrlərinin Avropa Konfransında çıxış edib (FOTO)
Putin Qarabağla bağlı açıqlama verdi
Rusiya və Çin hərbi blok yaratmır - Putin
Türkiyədə son sutkada koronavirusdan 29 160 nəfər sağalıb
Azərbaycan əhalisi benzin və dizelə 2 milyard manata yaxın pul xərcləyib
İranla Azərbaycan arasındakı gərginlik dövlətimizin haqlı olduğunu sübuta yetirdi - ŞƏRH
Zığ şosesi yaxınlığında ağaclıq ərazi yanıb
Azad olunan ərazilərə ceyranlar nə vaxt buraxılacaq? - RƏSMİ
Rumıniya prezidenti yeni hökumətin formalaşdırılmasını müdafiə nazirinə tapşırıb
Hərbi Liseydə şəhid məzunların xatirəsi anılıb (FOTO/VİDEO)
Rusiya Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməkdə maraqlıdır - Zaxarova
Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib
Aİ nümayəndəliyinin rəhbəri post-müharibə dövründə Azərbaycana maliyyə dəstəyi barədə danışıb
Kamran Əliyev yenidən Beynəlxalq Prokurorlar Assosiasiyasının Vitse-prezidenti seçilib (FOTO)
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlər üçün imtahan keçiriləcək
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan səfərindən görüntü paylaşıb (VİDEO)
Onlayn narkotik satan narkomafiyaya hökm oxundu
Türkiyə hərbçisi antiterror əməliyyatında həlak olub
Oktyabrın 22-nə USD/AZN rəsmi məzənnəsi
3 rayona yeni prokuror təyin edildi
Qanunsuz ov edən ərəblər saxlanıldı
Abşeronda 4 şəhidin il mərasimi keçirilib (FOTO)
ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlayıb
İspaniyada püskürən vulkan 2 mindən çox tikiliyə ziyan vurub
Prokurorluq Xaçmazda məktəblinin ölümü ilə bağlı araşdırmalara başladı
Könül Nurullayeva MDB Gənclər Parlamentlərarası Assambleyasında Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışıb (FOTO)
Hərbi Akademiyada beynәlxalq elmi-praktik konfrans keçirilir (FOTO)
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISINI açıqlayıb
Direktor müavini olmaq istəyənlər üçün əlavə müsahibə keçirilir
Sabah külək əsəcək
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu keçdi
Azərbaycanda 2 005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb
BDU və MDU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib (FOTO)
“Tut əlimdən”: bu dəfə şəhid Rəhim Hüseynovun övladları ilə nazir müavini yaddaqalan gün keçirdi (FOTO)
"Gənclik" metrostansiyası bu gün gücləndirilmiş rejimə keçir
Bakıda Macarıstan Universiteti Forumu çərçivəsində məzunların görüşü olub
Azərbaycanın icmal büdcəsinin gəlirləri 23 milyard manatdan çox olub
Bu ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri nə qədər olub? - HESABAT
Buster doza ilə peyvəndləmə xüsusilə risk qrupuna aid olan vətəndaşlar üçün vacibdir
Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb
2021-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin gəlirləri AÇIQLANDI
Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək
Sosial iş yerlərində və özünüməşğulluqda, habelə peşə hazırlığının təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək - QANUN
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra investorların bura marağı daha da artıb - İBF-in vitse-prezidenti (VİDEO)
"Memar Əcəmi" metrostansiyasında koronavirus xəstəsi saxlanılıb (FOTO)
Konqoda 160-dan çox uşaq naməlum xəstəlikdən ölüb
Vaxt keçdikcə COVİD-19-un fərqli növlərini görəcəyik, vaksinasiya sürətləndirilməlidir - İnfeksionist
Kaspersky dünya üzrə kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb (FOTO)
UNEC rektoru Prezident təqaüdçüləri ilə görüşüb (FOTO)
Lökbatan qəsəbəsində Vətən müharibəsinin şəhidləri anılıb (FOTO)
İranda 178 nəfər koronavirusdan ölüb
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “YAŞAT” arasında memorandum imzalanıb (FOTO)
Baş Prokurorluq qətlə yetirilən 10 yaşlı Nərminin qan uyğunsuzluğu məsələsini aydınlıq gətirdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Delta plyus” ikiqat mutasiya olunub, daha tez yayılır - TƏBİB-dən XƏBƏRDARLIQ
Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib - Ərdoğan
Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi
ADU-nun rektoru Kamal Abdulla ingilis professorları ilə görüşüb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
“Texnomart” mağazalar şəbəkəsi rebrendinq edib (FOTO)
BDU və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib (FOTO)
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb (FOTO)
AzMİU-da “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021” mövzusunda beynəlxalq konfrans keçirilib
Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
BNA sərnişinlərin ən çox şikayət etdiyi daşıyıcı şirkətlərin adlarını açıqlayıb (SİYAHI)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Göyçayda keçirilib (FOTO)
Vahid Ələkbərov Yelo Bankın yeni baş ofisinin açılışında iştirak etdi (FOTO)
Səbaildə tarixi binaların üzərindəki havalandırma boruları sökülür (FOTO)
Cərrahiyyə əməliyyatından sonra ürəkbulanma və qusmaya səbəb nədir?
Bakıda daha bir küçə təmir olunub (FOTO)
Türk Dünyası (turkic.world) layihəsi informasiya tələbatına cavab verir - Türkiyə Prezidentinin baş müşaviri
Bərdə doğum evində ana ölüb
Bank Respublika üçüncü rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib
"Bavariya"nın baş məşqçisi koronavirusa yoluxub
Prezident İlham Əliyev: Şəhid olmuş hər bir insan Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhriyar Məmmədyarovun atası ilə səmimi söhbət ediblər
Prezident İlham Əliyev: Xalqımız işğal dövründə öz doğma torpaqlarını unutmadı
Prezident İlham Əliyev: Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək
Şəkidə nar ağaclarında zərərvericilər aşkarlanıb
Gələn həftə Azərbaycan və Türkiyənin hakim partiyaları arasında iclas keçiriləcək
Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb (FOTO)
Bütün xəbərlər