...

DEFSCOPE rəhbəri Azərbaycanın 25 ən yaxşı top-meneceri sırasında (FOTO)

İqtisadiyyat Materials 1 Oktyabr 2021 16:17 (UTC +04:00)
DEFSCOPE rəhbəri Azərbaycanın 25 ən yaxşı top-meneceri sırasında (FOTO)

Bakı. Trend:

Caspian Energy Club-un təşkil etdiyi birinci milli “CEO Award Azerbaijan” müsabiqəsi 23 sentyabrda yekunlaşdı. Onlayn səsverməyə əsaslanan müsabiqədə müxtəlif biznes sahələrini təmsil edən 100-dən artıq yerli və xarici top-menecer iştirak edib. Müsabiqənin əsas məqsədlərindən biri biznes simalarını cəmiyyətə tanıtmaq, onların fəaliyyəti haqqında bilgi vermək idi. Nəticəyə əsasən 2021-ci il üzrə Azərbaycanın 25 ən tanınmış top-meneceri qalib elan edilib. Qaliblər 13 mindən artıq səsverənin iştirakı ilə 100-dən çox namizəd arasından seçiliblər.

Öz fəaliyyəti ilə çox qısa zamanda Azərbaycanın İnformasiya Texnologiyaları bazarında inamla irəliləyən “Defscope” kibertəhlükəsizlik şirkətinin təsisçisi və direktoru Vüsal Salmanlı da qaliblər sırasında yer alıb. Vüsal Salmanlı eyni zamanda ABŞ-ın Sirius Computer Solutions şirkətinin Kiber Təhlükəsizlik Xidmətləri üzrə aparıcı məsləhətçisi kimi də fəaliyyətini davam etdirir.

Qeyd edək ki, “DEFSCOPE” MMC 2018-ci ildən qlobal arenada kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərməyə başlayıb. Şirkət qısa müddətdə dünyanın bir sıra aparıcı şirkətləri ilə əməkdaşlıq edib və hal-hazırda ABŞ, Kanada, Avropa ölkələri və Azərbaycanda peşəkar kibertəhlükəsizlik xidmətləri göstərməyə davam edir.

Şirkətin gələcək innovativ layihələrindən xəbərdar olmaq üçün rəsmi internet səhifəsini və sosial media hesablarını izləyə bilərsiniz.

https://www.defscope.com/

[email protected]

+994 12 409 2565

Məqalədə:
Xəbər lenti

Xəbər lenti