...

Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb

İqtisadiyyat Materials 16 Oktyabr 2021 09:41 (UTC +04:00)
Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda sentyabr ayında ilkin mənzil bazarında qiymətlər əvvəlki ayla müqayisədə 3,57 faiz ucuzlaşıb.

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

O qeyd edib ki, ötən ay ərzində ilkin mənzil bazarında 1 kvadratmetrin orta qiyməti 1 377 manat təşkil edib. Mənzillərin qiyməti bu ilin sentyabr ayında əvvəlki ayla müqayisədə 3,57 faiz ucuzlaşıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,64 faiz bahalaşıb.

Ötən ay orta hesabla ucuz mənzilin 1 kvadratmetrinin qiyməti 936 manat, baha mənzillərin isə 1 kvadratmetrinin qiyməti 2368 manat təşkil edib.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti