...

Bu il 247 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb (ÖZƏL)

İqtisadiyyat Materials 30 Noyabr 2021 09:16 (UTC +04:00)
Bu il 247 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb (ÖZƏL)

Bakı. Çingiz Səfərli - Trend:

2021-ci ilin yanvar-oktyabr ayları ərzində 247 308 daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, bunun 53 738-i ilkin, 193 570-i isə təkrar qeydiyyatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 22,4% artıb.

2021-ci ilin 10 ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 85 092-si Bakının, qalanları isə bölgələrin payına düşür.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 10 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 54,8% artaraq 42 029 olub.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti