...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 1 Dekabr 2021 10:07 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 30-da 71,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,86 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 71,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,83 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,83 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 70,96 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,99 dollar/barel azdır.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti