...

Əmək pensiyalarının minimum məbləği artırılır

İqtisadiyyat Materials 24 Dekabr 2021 13:36 (UTC +04:00)
Əmək pensiyalarının minimum məbləği artırılır

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 20 faiz artaraq 240 manat məbləğində müəyyən olunur.

Bu, minimal pensiya alan vətəndaşlarımızın sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edəcək. Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manatdır.

Qanuna dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti