...

“Məşğulluq marafonu” çərçivəsində 1600-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub - Nazir

İqtisadiyyat Materials 27 Yanvar 2022 11:32
“Məşğulluq marafonu” çərçivəsində 1600-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub - Nazir

Trend-i buradan izləyin

Bakı. Humay Ağacanova - Trend:

Həssas əhali qruplarına yönələn irihəcmli sosial layihələrdə dövlət qurumları ilə yanaşı, özəl sektoru təmsil edən şirkətlər də iştirak edir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

Nazir “Məşğulluq marafonu”nun da korporativ sosial məsuliyyətin bir nümunəsi olduğunu, işəgötürənlərin şəhid ailəsi üzvləri və qazilərin məşğulluğunun təminatına xidmət edən bu marafonda yaxından iştirak etdiklərini deyib.

S.Babayev qeyd edib ki, marafona artıq 610 işəgötürən qoşularaq 4030 vakansiya təqdim edib və həmin vakansiyalar üzrə 1600-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti