...

“Azərişıq” Xaçmazda yenidənqurma işlərinə başlayıb (FOTO)

İqtisadiyyat Materials 3 Mart 2022 16:14 (UTC +04:00)
“Azərişıq” Xaçmazda yenidənqurma işlərinə başlayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulan tədbirlərin icrası uğurla davam edir.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xaçmaz rayonunda aparılan yenidənqurma işləri deyilənlərin bariz nümunəsidir. Son günlər rayonda elektrik təsərrüfatının yenilənməsi istiqamətində işlər daha da sürətləndirilib. 2021-2022 ci illərdə 5 kənddə köhnə transformator məntəqələri, yararsız kabellər, çürümüş ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz olunub. Hazırda bu istiqamətdə işlər Xaçmaz şəhərinin müxtəlif ərazilərində eləcədə Həsənqala, Yergüc, Armudpadar, Üçgünqışlaq, Sərkərli, Əhmədoba, Yaquboba, Yeni Həyat və digər kəndlərdə davam etdirilir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Sevil Mikayılova və “Azərişıq” ASC-nin sədrinin baş müşaviri Toğrul Rəhimov Həsənqala kəndində aparılan yenidənqurma işləri ilə tanış olub. “Yeni kəndlər” layihəsi çərçivəsində “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xaçmaz rayonunda görüləcək işlər barədə məlumat verilib. Qeyd olunub ki, ilin sonunadək Xaçmaz rayonunda ilkin mərhələdə 25 yaşayış məntəqəsində elektrik təsərrüüfatı yenidən qurulacaq.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərlə söhbət zamanı bildirib ki, yaşayış məntəqələrində qaz, işıq və su ilə təchizatının yaxşılaşdırılması istiqamətində işlər bundan sonrada davam etdiriləcək.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti