...

Səudiyyə Ərəbistanı neftinin qiymətini qaldıracaq

İqtisadiyyat Materials 5 Mart 2022 00:32 (UTC +04:00)
Səudiyyə Ərəbistanı neftinin qiymətini qaldıracaq

Bakı. Trend:

Səudiyyə Ərəbistanı aprel ayından etibarən bütün regionlardan olan alıcılar üçün bütün markalı neftin qiymətini qaldıracaq.

Trend xəbər verir ki, bu barədə Saudi Aramco dövlət şirkəti məlumat yayıb.

Asiyaya tədarük edilən əsas marka olan "Arab Light"- ın qiyməti bir barel üçün 2,15 dollar artacaq. Nəticədə, Səudiyyə Ərəbistanının təklif etdiyi neftin qiyməti Oman və BƏƏ neftindən bir barel üçün 4,95 dollar baha olacaq.

Bundan əlavə, ABŞ-a tədarük edilən neftin bütün markalarının qiyməti aprel ayından bir barel üçün 1 dollar, Şimal-Qərbi Avropa üçün 1,2-2,1 dollar, Aralıq dənizi ölkələri üçün 1,7-2 dollar artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti