...

SOCAR yeraltı qaz anbarlarının həcmini açıqlayıb

İqtisadiyyat Materials 5 Mart 2022 12:25 (UTC +04:00)

Bakı. Trend:

Dünyada təbii qaza tələbatın kəskin artdığı bir dövrdə yeraltı qaz anbarlarının strateji əhəmiyyəti bir daha ortaya çıxır. SOCAR-ın da Qalmaz və Qaradağ olmaqla iki yeraltı qaz anbarı mövcuddur və bu anbarların ümumi həcmi 3.5 milyard kubmetrə bərabərdir.

Bu barədə SOCAR-dan Trend-ə bildirilib.

"Azərbaycanın illik qaz istehlakının 13 milyard kubmetr olduğu diqqətə alınarsa, ölkəmizdə daxili tələbatın təqribən 30%-i nisbətində təbii qaz saxlama tutumu mövcuddur. Azərbaycan qaz anbarlarının həcminə görə bir sıra Avropa ölkələrini üstələyir. Hazırda yeraltı qaz anbarlarının həcminin 5 milyard kubmetrə çatdırılması istiqamətində işlər aparılır", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti