...

Qazaxıstan və Azərbaycan dəmir yolları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində fəal əməkdaşlıq edir

İqtisadiyyat Materials 26 Mart 2022 10:24 (UTC +04:00)
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan və Azərbaycanın dəmir yolu administrasiyaları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində əməkdaşlıq edir.

Bu barədə Trend-ə Qazaxıstan Dəmir Yolları SC-nin baş mühəndisi, texniki siyasət departamentinin direktoru Batır Kotırev deyib.

O qeyd edib ki, marşrut Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yolu, liman administrasiyaları və gəmiçilik şirkətlərinin iştirakı ilə yaradılıb.

B.Kotırev xatırladıb ki, 2014-cü il fevralın 20-dən TBNM-in inkişafı üzrə Koordinasiya Komitəsi fəaliyyət göstərir. Onun əsas vəzifəsi Transxəzər marşrutunun tranzit-nəqliyyat potensialının reallaşdırılması üçün əlverişli şərait yaratmaqdır.

2016-cı il aprelin 12-də Bakıda vahid nəqliyyat operatoru olan Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun yaradılması haqqında saziş imzalanıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun İnkişafı üzrə Koordinasiya Komitəsi 2016-cı ilin dekabrında səmərəliliyin artırılması və iştirakçı ölkələr arasında birgə işi koordinasiya etmək məqsədilə mərkəzi ofisi Qazaxıstanın paytaxtında yerləşən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti