Bakı. Trend:
2021-ci ildə ölkə üzrə əmək pensiyaçılarının ümumi sayı 1 milyon 197 min nəfər təşkil edib, onlardan 707,2 min nəfəri va ya 59,1 faizi yaşa görə, 345,6 min nəfəri va ya 28,9 faizi əlilliyə görə, 144,2 min nəfəri və ya 12 faizi ailə başçısını itirməyə görə pensiya alıb.
Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatda deyilir.
Əmək pensiyalanının orta aylıq məbləği 2021-ci ilin 1 yanvar tarixina olan 302,24 manatdan 2022-ci ilin 1 yanvar tarixina ilkin hesablamalara görə 331 manata, o cümlədən müvafiq olaraq həmin tarixə yaşa görə əmək pensiyasının orta aylıq məbləği 331,4 manatdan 358 manata, əlilliyə görə əmək pensiyasının orta aylıq məbləği 260,9 manatdan 290,8 manata və ailə başçısını itirməyə görə əmək pensiyasının orta aylıq məbləği isə 263 manatdan 290,2 manata yüksəlib.
Pensiyaların orta aylıq məbləği 2020-ci illə müqayisədə 9 faiz, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği isə 8 faiz artıb.
2021-ci il ərzində 22.6 min nəfərə (21 min nəfərə yaşa görə, 1,2 min nəfərə əlilliyə görə, 436 nəfərə isə ailə başçısını itirməyə görə) elektron qaydada əmək pensiyası təyin edilib.