...

Onlayn mediada fəaliyyəti ən çox işıqlandırılan banklar məlum olub

İqtisadiyyat Materials 5 Aprel 2022 17:49 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bankların fəaliyyətinin onlayn mediada işıqlandırılmasının mart ayı üzrə nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, Media Təhlil Mərkəzinin açıqladığı nəticələrə əsasən, mart ayında onlayn mediada fəaliyyəti ən çox işıqlandırılan bank "Kapital Bank" olub. Bu bankın fəaliyyəti mart ayında 401 dəfə işıqlandırılıb və bu, fevral ayı ilə müqayisədə 15,23 faiz çox olub.

İlk beşlikdə, həmçinin, "Bank Respublika" (210), "PAŞA Bank" (167), "Yelo Bank" (108) və VTB (Azərbaycan) (103) yer alıb.

Media Təhlil Mərkəzinin hazırladığı bankların media aktivlik indeksi cədvəlini təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti