...

İsrail və Azərbaycan arasında aqro əməkdaşlığın potensialı böyükdür - Səfir

İqtisadiyyat Materials 17 May 2022 16:37 (UTC +04:00)
İsrail və Azərbaycan arasında aqro əməkdaşlığın potensialı böyükdür - Səfir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İsrail arasında aqro əməkdaşlığın potensialı böyükdür və biz bu potensialı reallaşdırmaq niyyətindəyik.

Trend-in məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında bildirib.

O qeyd edib ki, İsrailin kənd təsərrüfatı naziri Oded Forer və Azərbaycan Prezidenti İlham Əliyev arasında bu gün baş tutan görüş səmərəli keçib.

"Ölkələrimiz arasında aqro əməkdaşlığın potensialı böyükdür və biz bu potensialı reallaşdırmaq niyyətindəyik. Biz xalqlarımızın ərzaq təhlükəsizliyini birlikdə təmin edə bilərik", - deyə səfir əlavə edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti