...

Britaniyanın ixtisaslaşmış altı şirkəti öz təcrübələrini Azərbaycan şirkətləri ilə bölüşəcək - Ceyms Şarp (FOTO)

İqtisadiyyat Materials 18 May 2022 15:59 (UTC +04:00)
Britaniyanın ixtisaslaşmış altı şirkəti öz təcrübələrini Azərbaycan şirkətləri ilə bölüşəcək - Ceyms Şarp (FOTO)

Bakı. Trend:

Britaniyanın ağıllı kənd təsərrüfatı, davamlı su idarəçiliyi və bitki qida həlləri üzrə ixtisaslaşmış altı şirkəti öz təcrübələrini yerli şirkətlərlə bölüşəcəklər.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp özünün tvitter hesabında yazıb

"İlk dəfə olaraq "CaspianAgro" sərgisində milli stendini təqdim etməkdən məmnun oldum", - deyə səfir bildirib.

Qeyd edək ki, mayın 18-də Bakı Ekspo Mərkəzində 15-ci "Caspian Agro" beynəlxalq kənd təsərrüfatı sərgisi və 27-ci "InterFood Azerbaijan" beynəlxalq qida sənayesi sərgisi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti