...

Azərbaycan və Türkiyə arasında aeronaviqasiya sahəsində mühüm saziş imzalanıb (FOTO)

İqtisadiyyat Materials 27 May 2022 16:33
Azərbaycan və Türkiyə arasında aeronaviqasiya sahəsində mühüm saziş imzalanıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan və Türkiyənin aeronaviqasiya təminatı provayderləri arasında kompleks aeronaviqasiya xidmətinin bütün aspektlərini əhatə edən mühüm saziş imzalanıb.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Trend-ə bildirilib ki, qeyd edilən sənəd 27 may tarixində "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsi (DHMI) arasında imzalanıb.

Tərəflər sazişi imzalayan zaman iki təşkilatın aeronaviqasiya strategiyasının inkişafı sahəsində peşəkar qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu, eləcə də qardaş ölkələr - Azərbaycan və Türkiyə arasında sıx dostluq münasibətlərinin olduğunu qeyd ediblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda hava hərəkətini idarəetmə qülləsini ziyarət edən DHMİ Şurasının sədri və baş direktor Hüseyn Keskinin rəhbərlik etdiyi nümayəndə heyətinə AZANS-ın tətbiq etdiyi müasir texnologiyalar barədə məlumat verilib.

Qonaqlar, həmçinin, "TEKNOFEST Azerbaijan" Festivalı çərçivəsində Azərbaycanın paytaxtında keçirilən aviaşou zamanı uçuşların idarə edilməsi prosesi ilə tanış olublar.

DHMI-nin fəaliyyət sahəsinə Türkiyə hava limanlarının idarə edilməsi, eləcə də Türkiyə hava məkanının tənzimlənməsi və nəzarət edilməsi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti