Bakı. Trend:
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi buğda və un ixracına kvotanı 2022-ci il sentyabrın 1-dək artırmaq niyyətindədir.
Trend-in məlumatına görə, bunu ölkənin kənd təsərrüfatı naziri Yerbol Karaşukayev deyib.
Onun sözlərinə görə, hazırda mövcud olan bir milyon ton buğda və 300 min ton un kvotasının müddəti iyunun 15-də bitir.
"İxrac kvotasının sentyabrın 1-dək uzadılması nəzərdə tutulur. Kvotanın 40 faizi buğdanın, 70 faizi unun payına düşəcək" - nazir deyib.
(Tərcümə: Orxan Nəbiyev)