...

Yanvar-may aylarında Türkiyə Gürcüstana hazır geyim ixracatını 30 faizdən çox artıb

İqtisadiyyat Materials 11 İyun 2022 08:51 (UTC +04:00)
Yanvar-may aylarında Türkiyə Gürcüstana hazır geyim ixracatını 30 faizdən çox artıb

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Gürcüstana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 30,9 faiz artıraraq 51,3 milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Gürcestana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 12,8 faiz artıraraq 8,5 milyon dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 8,8 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,3 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 3 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 21,4 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti