...

AQTİ sahibkarlıq subyektləri üçün təlimləri davam etdirir (FOTO)

İqtisadiyyat Materials 18 İyul 2022 14:24 (UTC +04:00)
AQTİ sahibkarlıq subyektləri üçün təlimləri davam etdirir (FOTO)

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektləri və əməkdaşları üçün nəzəri-praktiki təlimləri davam etdirir. AQTİ mütəxəssisləri tərəfindən keçirilən növbəti təlim "İctimai iaşə və pərakəndə satış müəssisələrində ilkin şərtlər proqramları və minimum sanitar-gigiyenik normaların qorunmasına nəzarət" mövzusuna həsr olunub.

"Bazarstore" MMC-nin əməkdaşları üçün təşkil olunan təlim zamanı iştirakçılara qida təhlükəsizliyi ilə bağlı əsas anlayışlar haqqında geniş məlumat verilib. Qeyd edilib ki, insan sağlamlığına birbaşa təsir edən qida məhsullarının istehsalı və satışının təşkilində gigiyenik şərtlərin təmin edilməsi vacibdir. Təlim çərçivəsində gündəlik qida istehsalı sahələrində ümumi gigiyena qaydalarının yaxşılaşdırılması, anbar və xammal tədarükü sahələrində düzgün mal qəbulu standartlarının tətbiqi, istehsal və xidmət mərhələsində risk meydana gətirə biləcək səbəblərin aradan qaldırılması və s. haqqında ətraflı məlumat verilib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, AQTİ tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə mütəmadi təlimlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti