...

Azərbaycan şirkəti məhsullarını Avropaya ixrac edəcək (FOTO)

İqtisadiyyat Materials 19 İyul 2022 12:58 (UTC +04:00)
Azərbaycan şirkəti məhsullarını Avropaya ixrac edəcək (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın STP Global Cable MMC şirkəti məhsullarının ixrac coğrafiyasını genişləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə MMC-nin Tədqiqatlar və İnkişaf Departamentinin direktoru Yusif Əhmədov məlumat verib.

Onun sözlərinə görə, şirkət aşağı, orta, yüksək və həddindən artıq yüksək gərginlikli kabellər, həmçinin telefon, fiber optik, sualtı kabellər istehsal edir.

Şöbə müdiri bildirib ki, şirkətin zavodunda istehsal olunan məhsulların 60-70 faizi yerli bazar üçün nəzərdə tutulub.

"Qalan 30-40 faiz məhsul ixrac üçün nəzərdə tutulub. Məhsullarımız Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiyaya tədarük edilir. Yaxın gələcəkdə Macarıstan və digər Avropa ölkələrinə də ixraca başlamağı planlaşdırırıq", - Y.Əhmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti