...

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın iclası keçirilib (FOTO)

İqtisadiyyat Materials 27 İyul 2022 18:40 (UTC +04:00)
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın iclası keçirilib (FOTO)

Bakı. Trend:

“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın yenilənmiş tərkibdə ilk iclası keçirilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov çıxış edərək, Sərəncamın icrası ilə bağlı Komissiyanın qarşısına qoyulan mühüm vəzifələr barədə danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin energetika sahəsində müəyyən etdiyi hədəflərə uyğun olaraq bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində bəzi layihələrin artıq icrasına başlanıldığını, digərlərinə hazırlıq işlərinin aparıldığını və bununla əlaqədar müvafiq qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

Iclasda Azərbaycanda həyata keçirilən sənaye miqyaslı külək və günəş enerjisi layihələri barədə məlumat verilib, bu layihələrin hazırlanması istiqamətində texniki, iqtisadi, maliyyə məsələləri ətrafında müzakirələr aparılıb. Komissiyanın növbəti iclasınadək göruləcək tədbirlərə dair hazırlanmış qərar layihəsi nəzərdən keçirilib, rəy və təkliflər nəzərə alınaraq qəbul edilib.

İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mərkəzi Bank, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Dövlət Dəniz və Liman Agentliyi, Minatəmizləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti