...

Azərbaycan qlobal startap ekosistemi reytinqində mövqeyini yaxşılaşdırıb

İqtisadiyyat Materials 3 Avqust 2022 12:30 (UTC +04:00)
Azərbaycan qlobal startap ekosistemi reytinqində mövqeyini yaxşılaşdırıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2022-ci il qlobal startap ekosistemi reytinqində mövqeyini yaxşılaşdırıb.

Trend bu barədə "StartupBlink" startap ekosistemləri araşdırma mərkəzinin hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, Azərbaycan 2021-ci ilin reytinqi ilə müqayisədə dörd pillə qalxaraq 85-ci yerdə qərarlaşıb.

Eyni zamanda Bakı şəhərlər arasında 12 pillə yüksəlmiş yeganə şəhər olub. Son reytinqdə Bakı 443-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, qlobal startap ekosistem reytinqi 100 ölkə və min şəhər arasında tərtib olunur.

Reytinqdə ilk üç yeri ABŞ, Böyük Britaniya və İsrail tutub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti