...

Özbəkistan Azərbaycan vasitəsilə yükdaşımaların həcmini artırır - Nazirlik

İqtisadiyyat Materials 14 Avqust 2022 05:31 (UTC +04:00)
Özbəkistan Azərbaycan vasitəsilə yükdaşımaların həcmini artırır - Nazirlik
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Azərbaycan ərazisindən yükdaşımaların həcmini artırmaqda davam edir.

Bu barədə Trend-ə Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyindən məlumat verilib.

"Hazırda biz Azərbaycandan keçən tranzit dəhlizi ilə yükdaşımaların getdikcə artdığını müşahidə edirik, ölkənin yükdaşıyıcıları birbaşa Xəzər dənizi ilə yüklərin daşınmasını artırırlar”, - açıqlamasında deyilir.

Nazirlikdən onu da qeyd ediblər ki, artıq Azərbaycan, Qırğızıstan, Gürcüstan, Türkiyə, Özbəkistan, Türkmənistanın dəmir yolu təşkilatları konteyner bloklu qatarların daşınmasına 70 faizədək güzəştlər edib.

Bundan əlavə, nazirlikdən bildirilib ki, Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutundan və Ələt dəniz limanından fəal istifadə edir.

Xatırladaq ki, 2022-ci ilin iyununda Özbəkistan və Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları haqqında hökumətlərarası saziş imzalanıb, bunun sayəsində beynəlxalq yükdaşımaların “icazə blankları” əsasında təşkili təcrübəsi tətbiq olunacaq və beynəlxalq daşımalar üzrə Komissiya yaradılacaq.

Nazirlikdən verilən məlumata görə, “icazə sistemi” nəqliyyat dəhlizlərinin inkişafı və müvafiq təhlilin hazırlanması üçün yüklərin hərəkəti üzrə statistikanın formalaşdırılmasına töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti