...

Adnan Menderes Beynəlxalq Hava Limanının yük dövriyyəsi artıb

İqtisadiyyat Materials 18 Avqust 2022 09:20 (UTC +04:00)
Adnan Menderes Beynəlxalq Hava Limanının yük dövriyyəsi artıb

Bakı. Trend:

2022-ci ilin iyul ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz artaraq 75 min 243 ton təşkil edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyul ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 42 min 701 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 1,29 dəfə artaraq, 32 min 542 ton təşkil edib.

Bu ilin iyul ayında hava limanına gələn sərnişinlərin sayı 2021-ci ilin eyni dövrünə nəzərən 54 faiz artaraq, 5 milyon 385 min 779 nəfər olub. Bununla yanaşı, 2022-ci ilin iyul ayında daxili reyslər üzrə sərnişin dövriyyəsi 21 faiz artaraq 3 milyon 499 min 363 nəfər, beynəlxalq reyslər üzrə isə 2 dəfə artaraq 1 milyon 886 min 416 nəfər təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 38 faiz artaraq, 38 min 875 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz artaraq 24 min 681, beynəlxalq reyslər üzrə isə 1,39 dəfə artaraq 14 min 194 olub.

2022-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 96 milyon 441 min 737 nəfər, yük dövriyyəsi isə 2 milyon 197 min 247 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti