...

Nazir müavini Rövşən Rüstəmov Türkiyənin ticarət nazirinin müavini ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 19 Avqust 2022 10:37 (UTC +04:00)
Nazir müavini Rövşən Rüstəmov Türkiyənin ticarət nazirinin müavini ilə görüşüb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ticarət nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Rıza Tuna Turaqayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri, o cümlədən avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı alınan rüsum və vergilərin optimallaşdırılması müzakirə olunub.

Nazir müavini Rövşən Rüstəmov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin “Orta Dəhliz”in mühüm hissəsi olduğunu qeyd edərək, bu dəmir yolu xətti vasitəsilə yük daşımalarının həcminin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin cari ilin 27 may tarixində imzalanmış “Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərində Texnoloji İnkişaf Zonasının yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun iki ölkə arasında texnoloji inkişaf sahəsində əməkdaşlığa təkan verəcəyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti