...

Zəmanətli kreditlər üzrə sahibkarlara 34,3 milyon manat subsidiya ödənilib

İqtisadiyyat Materials 26 Sentyabr 2022 12:14 (UTC +04:00)

Bakı. Trend:

Zəmanətli kreditlər üzrə sahibkarlara 34,3 milyon manat subsidiya ödənilib.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, 2020-ci ilin iyun ayından bu il sentyabrın 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 mln. manat olan 2.630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 mln. manat zəmanət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti