...

"Azercell"in virtual bank kartları qlobal ödəniş alətlərini dəstəkləyəcək

İqtisadiyyat Materials 29 Sentyabr 2022 13:38 (UTC +04:00)
"Azercell"in virtual bank kartları qlobal ödəniş alətlərini dəstəkləyəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

"Azercell" mobil operatorunun virtual bank kartları qlobal ödəniş alətlərini dəstəkləyəcək.

Trend-in məlumatına görə. bunu "Azercell"in Həllər departamentinin rəhbəri Nərgiz Tağızadə "Azərbaycanda fintex ekosistemi - bu gün və sabah" adlı tədbir zamanı deyib.

Onun sözlərinə görə, şirkət "Apple Pay" və "Google Pay" həllərini virtual kartlara tətbiq edib.

"Buraxılışın ilk günündən kartlar "Apple Pay" və "Google Pay" vasitəsilə ödənişləri dəstəkləyəcək. Yaxın zamanlarda "Azercell" mobil tətbiqində bank kartlarının buraxılışı gözlənilir. Bu kartlar ənənəvi bank kartlarının funksiyasını yerinə yetirəcək. Təşviq məqsədilə həmçinin kampaniyalar və stimullaşdırıcı təkliflər tətbiq olunacaq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti