Bakı. Trend:
2022-ci il oktyabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda pul bazası 16,144 milyard manat təşkil edib.
Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə pul bazası 11,35 faiz və ya 1,646 milyard manat artıb.
2021-ci ilin sentyabrında Azərbaycanda pul bazası 14,498 milyard manata bərabər idi.