Bakı. Trend:
“ADY Express”də kadr dəyişikliyi olub.
Qurumdan Trend-ə verilən məlumata görə, “ADY Express” MMC-nin direktoru əvəz edilib. "ADY Express"in direktor vəzifəsinə – Vüqar Mirqasımov təyin edilib.
"Qeyd edək ki, Vüqar Mirqasımov 25 ildən artıq logistika sahəsində fəaliyyət göstərib, son 10 il ərzində isə BP şirkətinin logistika üzrə mütəxəssisi vəzifəsində çalışıb və logistika sahəsində təcrübəli kadr sayılır.
Şirkətdə aparılan islahatlar bununla yekunlaşmır. "ADY Express"də bir sıra mühüm vəzifələrə artıq yeni kadrlar təyin edilib. Şirkətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir", - açıqlamada deyilir.