...

Azərbaycan ərazisindən hava və quru yolu ilə yükdaşımalar əhəmiyyətli dərəcədə artıb - Nazir müavini

İqtisadiyyat Materials 25 Noyabr 2022 17:48 (UTC +04:00)
Azərbaycan ərazisindən hava və quru yolu ilə yükdaşımalar əhəmiyyətli dərəcədə artıb - Nazir müavini
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

Son bir neçə ay ərzində Azərbaycan ərazisindən hava və quru yolu ilə yükdaşımalar əhəmiyyətli dərəcədə artıb.

Trend-in məlumatına görə, bunu bu gün ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəhman Hümbətov deyib.

Onun sözlərinə görə, Azərbaycan regional əlaqənin inkişafını hədəfləyir və nəqliyyat-logistika sahəsində bir sıra layihələri reallaşdırmaq niyyətindədir.

"Şimal-Cənub dəhlizi, Trans-Xəzər dəhlizi kimi layihələr artıq reallaşdırılır. Biz tranzit potensialından tam yararlanmaq niyyətindəyik. Bakı-Tbilisi-Ceyhan boru xətti ilə tədarükü 5 milyon tonadək çatdırmaq nəzərdə tutulur", - deyə o bildirib.

Nazir müavini vurğulayıb ki, azad edilmiş ərazilərdə də nəqliyyat sahəsi üzrə layihələr icra olunur, iki hava limanı tikilib, daha biri tikilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti